Lapşinin ekstradisiyası Ermənistanı təşvişə salıb

Lapşinin ekstradisiyası Ermənistanı təşvişə salıb
  08 Fevral 2017    Oxunub:2190
Bloqqer Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi Ermənistanın siyasi elitasını təşvişə salıb. Bu səbəbdən Ermənistan parlamentinin deputatı Nikol Paşinyan əhalini küçələrə çıxaraq Belarus səfirliyinin qarşısında etiraz aksiyası keçirməyə çağırıb.

“Ermənistan vətəndaşlarını Belarus səfirliyinin qarşısına nümayişə çağırırıq”-deyə Paşinyan parlamentin iclasında söyləyib.

Deputatın sözlərinə görə, nümayiş yerli vaxtla saat 15.00-də başlayacaq. Onun bu çağırışına həmkarı Xosrov Arutyunyan da qoşulub. Erməni deputat eyni zamanda Ermənistan XİN-in bu məsələyə görə Belarusdakı səfirini geri çağırmalı olduğunu bildirib: “Bununla əlaqədar, həmçinin Belarusa qarşı diplomatik və siyasi addımlar atılmalıdır”.

Qeyd edək ki, Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etmiş bloqqer Aleksandr Lapşin ötən gün Belarusdan Azərbaycana ekstradisiya edilib. Lapşini Azərbaycana gətirən təyyarə fevralın 7-də saat 23.00 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Hava limanında Lapşin Belarus Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Lapşinin Bakıya ekstradisiyası Azərbaycan diplomatiyasının tarixi uğuru kimi qiymətləndirir.

Eldar Tanrıverdiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti