Şotlandiya Avropa Birliyində qalacaq: Parlament Brexit-dən imtina etdi

Şotlandiya Avropa Birliyində qalacaq: Parlament Brexit-dən imtina etdi
  08 Fevral 2017    Oxunub:1968
Şotlandiya parlamenti böyük səs çoxluğu ilə Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə səs verib.

- Biz heç vaxt Avropaya arxa çevirməyəcəyik,- deyə yarımmüstəqil Şotlandiyanın Brexit danışıqları naziri Mayk Rasel bildirib. Buna baxmayaraq o deyib ki, Londonun qarşılıqlı güzəştə razı olacağı təqdirdə Şotlandiyanı Britaniyanın tərkibində saxlaya bilmək şansı var.

Şotlandiya tərəfinin təklif etdiyi “fərqli həll yolu”na, yəni sözügedən güzəştə görə, digər krallıq ölkələri AB-dən çıxsa da, Şotlandiyaya vahid Avropa bazarında qalmağa icazə verilməlidir.

Bunun əksinə olaraq, hazırda britaniyalı deputatlar baş nazir Tereza Meyə ölkənin AB-dən çıxması prosesini başlatmağa icazə verən qanun lahiyəsini müzakirə edirlər.

Britaniya hökumətinin sözçüsü bildirib ki, narazılıqlara baxmayaraq, hər iki tərəf üçün səmərəli həll yoluna nail olmaq üçün danışıqları davam etdirəcək.

Qeyd edək ki, AB-dən çıxma prosesi “Lissabon razılaşması” ilə idarə olunur. Yaxın iki il ərzində London “müstəqil mövcudluq şərtləri” haqda Aİ-ın hər ölkəsi ilə ayrılıqda razılaşma əldə etməlidir. Ölkə yalnız bir neçə il sonra AB-ni tamamilə tərk edə bilər.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması haqda söhbətlər 1973-cü ildən başlayıb. 2016-cı il, 23 iyun referendumu ilk deyil. Analoji səsvermə 1975-ci ildə də keçirilib. O zaman AB tərəfdarları 67,2% səslə qalib gəlmişdilər.

AB büdcəsinə Böyük Britaniyadan gələn gəlir ildə 15 milyard avro təşkil edir. “Brexit” tərəfdarlarını məhz bu narahat edir . Onlar hesab edirdilər ki, AB-yə üzvlük ölkəyə baha başa gəlir.

Leyla Cabbarzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti