ABŞ-da Rusiya ilə bağlı qalmaqallı qanun hazırlandı

ABŞ-da Rusiya ilə bağlı qalmaqallı qanun hazırlandı
  08 Fevral 2017    Oxunub:2129
ABŞ Senatında prezident Donald Trampın Rusiyaya qarşı sanksiyaları ləğv etməsinin qarşısını almaq məqsədilə qanun layihəsi hazırlanıb.

AzVision.az CNN-ə istinadən xəbər verir ki, qanun layihəsini respublikaçı Lindsi Qrem və demokrat Ben Kardin hazırlayıb.

Sənədə əsasən Ağ Ev sanksiyaları ləğv etmək istəyərsə, əvvəlcə Konqresin qarşısında bu qərarı ətraflı şəkildə əsaslandırmalıdır. Bundan sonra 120 gün vaxt keçməli və bu müddət ərzində Konqres üzvləri prezidentin mövqeyi ilə razılaşıb-razılaşmamaq barədə qərar verməlidir.

Eldar Tanrıverdiyev
AzVision.


Teqlər:  





Xəbər lenti