Erməni əsilli nazirin başı dərddə

Erməni əsilli nazirin başı dərddə
  07 Fevral 2017    Oxunub:2800
Ukrayna parlamentində təmsil olunan “Qarşılıqlı Yardım” müxalifət fraksiyası ölkənin daxili işlər naziri Arsen Avakovun məsuliyyətə cəlb olunmasını tələb edib.
AzVision.az xəbər verir ki, bunu fraksiya rəhbərinin müavini Yeqor Sobolev keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, buna səbəb Donbas şəhərində ticarət blokadasının iştirakçılarına qarşı polis tərəfindən basqın edilməsidir:

“Biz xahiş edirik ki, Ali Radanın hüquq-mühafizə fəaliyyətinin qanunvericilik təminatı məsələləri üzrə komitəsi öz iclasında bu vəziyyəti araşdırmaq üçün qaldırdığımız məsələyə baxsın. Artıq sabah (çərşənbə günü) komitə bu məsələni araşdırsın. Görək, bu hücum əmrini kim verib?. Bunu edənlər, həmçinin daxili işlər naziri Avakov məsuliyyətə cəlb olunmalıdır”.

Qeyd edək ki, erməni əsilli nazir Arsen Avakovla bağlı Ukraynada şikayətlərin sayı getdikcə artır. Hətta onun işdən çıxarılacağına dair iddialar da səsləndirilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti