Yol təmizləyən qadını maşın vurub

Yol təmizləyən qadını maşın vurub
  21 Dekabr 2016    Oxunub:1777
Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 15 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Knyaz Abbasov idarə etdiyi "İveco" markalı avtomobili ilə yolu keçən qəsəbə sakini Kəmalə Tahirovanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Eyni zamanda dekabrın 20-də saat 07 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Seyran Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində təmizlik işləri aparan Yardımlı rayon sakini Minarə Abıyevanı vurub. Nəticədə M.Abıyeva hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti