Qaradağda iki yük maşını toqquşub

Qaradağda iki yük maşını toqquşub
  14 Dekabr 2016    Oxunub:1619
Qaradağ rayonun Ələt qəsəbəsi ərazisində “Hyundai” və “KAMAZ” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsinin baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıblar və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 05:28-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti