Yevlaxda üç maşın toqquşub - iki ölü

Yevlaxda üç maşın toqquşub - iki ölü
  13 Dekabr 2016    Oxunub:1895
Yevlaxda ağır yol qəzası baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 12-də saat 14 radələrində Yevlax rayonunun Aşağı Bucaq kəndində şəhər sakinləri Vəliyəddin Əhmədovun idarə etdiyi "Mitsubishi", İslam İsmayılovun və Əlizamin Abdullayevin idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə İ.İsmayılov və sərnişini, Mingəçevir şəhər sakini Səadət İsmayılova hadisə yerində ölüblər. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti