Xırdalanda mənzildən meyit tapılıb

Xırdalanda mənzildən meyit tapılıb
  01 Dekabr 2016    Oxunub:1364
Xırdalanda evdən meyit tapılıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1934-cü il təvəllüdlü Məmmədov Qəmbər İsgəndər oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 21:20-də başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti