Sabah 3 rayona qaz olmayacaq

Sabah 3 rayona qaz olmayacaq
  29 Noyabr 2016    Oxunub:1800
Sabah Astara və Abşeron magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
SOCAR-dan AzVision.az-a verilən məlumata görə, noyabrın 30-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı”, “Göytəpə” və “Cəlilabad”, Abşeron magistral qaz kəmərləri sahəsinin “Qanlı Göl” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun “Laçın qaçqınları” yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

AzVision.az


Teqlər:





Xəbər lenti