2 uşaq anası dəm qazından öldü - Video

2 uşaq anası dəm qazından öldü - Video
  27 Noyabr 2016    Oxunub:1684
Şəkidə 29 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.
AzVision.az ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gecə saat 4 radələrində şəhərin Səlahəddin Kazımov küçəsi, ev 12 ünvanında baş verib.

1987-ci il təvəllüdlü Arzu Aydın qızı Əliməmmədova yaşadığı evin vanna otağında huşsuz vəziyyətdə qayınanası tərəfindən aşkar edilib. Hadisə yerinə çağırılmış həkimlərin müayinəsi zamanı iki uşaq anasının paltar yuyarkən dəm qazından zəhərləndiyi məlum olub.

Mərhumun qayınanası Şahilə Ədilova hadisəylə bağlı bunları deyib: “İşdən gəlib uşaqlarını öpüb qucaqladı. Dedi ki, qoy, uşaqlarımdan doyum. Səbəbini soruşanda cavab verdi ki, işdə oluram deyə uşaqlarımı görmürəm. Qayınana-gəlin söhbət etdik. Sonra mən uzandım. Oyananda gördüm ki, həyətdəki hamamında işığı yanır. Hamam tərəfdən səs gəlmədi, qaçdım ki, üzü üstə yıxılıb...”



AzVision.az


Teqlər:





Xəbər lenti