Bakıda saxta avro satanlar tutulub

Bakıda saxta avro satanlar tutulub
  26 Noyabr 2016    Oxunub:1662
Bakıda saxta avro satan xarici ölkə vətəndaşları saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gürcüstan vətəndaşı Taleh Naibov və Ukrayna vətəndaşı Valentina Bilık 19 ədəd 500 avroluq saxta əskinası satarkən saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti