ABŞ və İran razılığa gəldi - Məhbuslar azad edildi
Onlar məhbusların mübadiləsi çərçivəsində azadlığa buraxılıb.
Məlumata görə, Amerikada həbsdə olan 7 iran vətəndaşı da bu gün azadlığa buraxılıb. Onlar Nadir Medanlu, Bəhram Mekanik, Xosrov Əfqəhi, Arəş Qəhrəman , Turəc Fəridi, Nima Gülüstanə və Əli Sabunçidir. Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.
Məlumatda həmçinin bildirilir ki, İran və ABŞ İranın iki bankına qarşı sanksiyanın ləğvi ilə bağlı da razılığa gəliblər.