Azərbaycan Tbilisi şəhər bayramında iki pavilyonla təmsil olunur

Azərbaycan Tbilisi şəhər bayramında iki pavilyonla təmsil olunur
  05 Oktyabr 2024    Oxunub:1124
Gürcüstanın paytaxtı Tbilisidə ənənəvi “Tbilisoba” şəhər bayramı keçirilir.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu ilki festival çərçivəsində Azərbaycan mədəniyyəti, incəsənəti, kulinariyasına aid nümunələr iki pavilyonda nümayiş olunur. Tarixi Meydan adlanan ərazidə təşkil edilmiş sərgi-satış yarmarkasında şəhər sakinləri və əcnəbilərə Azərbaycan milli mətbəxinin təamları, müxtəlif şirniyyatlar, milli musiqi alətləri, milli geyimlər, suvenirlər, canlı saz musqisi və.s təqdim olunur.

Tbilisi Sakrebulosunun (şəhər şurası) sədri Giorgi Tkemaladze, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan pavilyonlarını ziyarət edərək təqdim olunan nümunələrlə tanış olublar.

Qeyd edək ki, ənənəvi oktyabr festivalı olan “Tbilisoba” ilk dəfə 1979-cu ildə keçirilib. Festivalın keçirilməsi 1990-cı ildə dayandırılsa da 1995-ci ildən bərpa olunub.

Builki festival oktyabrın 5-də başa çatacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti