Azərbaycanda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Azərbaycanda 22 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb
  05 Oktyabr 2024    Oxunub:848
22 il əvvəl, yəni 09.04.2002-ci ildə Hövsan qəsəbəsi ərazisində törədilmiş 1989-cu il təvəllüdlü, 13 yaşlı Z.D-nin (şərti) yaşadığı mənzildə zorakılıq hərəkətlərinə məruz qalması və xüsusi amansızlıqla qəsdən öldürülməsi cinayətlərinin üstünün açılmasını təmin edilib
AzVision.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Belə ki, toplanmış sübutlarla 1980-ci il təvəllüdlü M.E-nin (şərti) həmin tarixdə yetkinlik yaşına çatmayan Z.D-yə qarşı zorakılıq hərəkətləri etməsinə, daha sonra isə Z.D baş verənlər barədə şikayət edəcəyini bildirdiyi üçün sonuncunun anası B.A ilə birgə çoxsaylı xəsarətlər yetirib başqa cinayəti gizlətmək və digər qanunsuz hərəkətlərlə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

M.E və B.A cinayət törətməkdə şübhəli şəxs qismində tutularaq bu gün haqlarında həbs qətimkan tədbirləri seçilib.

AzVision.az



Teqlər:





Xəbər lenti