"Azərenerji"nin Prezidentinə şiddətli töhmət verilib

 "Azərenerji"nin Prezidentinə şiddətli töhmət verilib
  05 Oktyabr 2024    Oxunub:1177
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət verilib.
AzVision.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə sərəncam verib.

2024-cü il üzrə təsdiqlənmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə Balababa Rzayevə şiddətli töhmət elan olunub.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

AzVision.az


Teqlər: Azərenerji   töhmət  





Xəbər lenti