Davudoğlu Merkellə görüşəcək - Gündəm terrordur

Davudoğlu Merkellə görüşəcək - Gündəm terrordur
  16 Yanvar 2016    Oxunub:1965
Türkiyənin baş naziri Əhməd Davudoğlu gələn həftə Almaniya kansleri Angela Merkellə görüşəcək.
AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, görüşün cümə günü keçirilməsi planlaşdırılır.

Görüş Türkiyə-Almaniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində reallaşacaq.
Rəsmilərin görüşündə Sultanahmet meydanında 10 almanın ölümü ilə nəticələnən terror aktının və terrorla mübarizə məsələlərinin müzakirə olunacağını gözlənilir.

Bundan əlavə, Avropaya miqrant axını da müzakirə mövzusu olacaq.

Görüşdə hər iki tərəfdən daxil işlər, xarici işlər və müdafiə nazirləri iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti