Bu ölkədə böhran elan edildi

Bu ölkədə böhran elan edildi
  16 Yanvar 2016    Oxunub:3013
Venesuela prezidenti Nikolas Maduro ölkədə 60 gün müddətinə fövqəladə iqtisadi vəziyyətin tətbiq edilməsi haqqında qərar qəbul edib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə qərar ölkə hökumətinin növbədənkənar iclasında qəbul edilib.

Qərar vətəndaşların təhsil, səhiyyə, əmlak və s. sosial hüquqlarının müdafiəsinə yönəlib.

Yaxın vaxtlarda Venesuelanın iqtisadiyyat naziri Luis Rodriqes hökumətin atacağı konkret addımlarla bağlı ictimaiyyəti ətraflı məlumatlandıracaq.

Xatırladaq ki, son iki ildə neftin qiymətlərinin kəskin aşağı düşməsi Venesuelada iqtisadi böhrana səbəb olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti