Terrorçular oteli tutdu -30 ölü, 33 yaralı

Terrorçular oteli tutdu -30 ölü, 33 yaralı
  16 Yanvar 2016    Oxunub:3135
Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində "Splendid" hotelində silahlıların girov götürdüyü 63 nəfər polisin keçirdiyi əməliyyat nəticəsində azad edilib.
AzVision.az-ın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin rabitə naziri bildirib.

İlkin məlumata görə, hücum nəticəsində 30 nəfər ölüb, 33 nəfər yaralanıb. Hadisə şahidlərindəmn birinin sözlərinə görə, ölənlərın hamısı ağdərili vətəndaşlardır.

Hücuma görə məsuliyyəti “İslam Maqrib dövlətlərində Əl-Qaidə Təşkilatı” öz üzərinə götürüb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti