Türkiyə Ermənistan qarşısında Qarabağ şərti qoydu

Türkiyə Ermənistan qarşısında Qarabağ şərti qoydu
  16 Yanvar 2016    Oxunub:3560
Türkiyənin Qaziantep Universitetində keçirilən “Səkkizinci beynəlxalq səfirlər” konfransında iştirak edən xarici işlər naziri Mövlud Çavuşoğlu çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunub.

Azərbaycan torpaqlarının iyirmi faizinin təcavüzkar Ermənistan tərəfindən işğal altında saxlanıldığını diqqətə çatdıran nazir bildirib ki, Türkiyə hökuməti ATƏT-in Minsk Qrupu çərçivəsində qardaş Azərbaycana bu problemin ədalətli həlli üçün hər cür dəstəyini verməkdədir.

Çavuşoğlu bəyan edib ki, Dağlıq Qarabağ pioblemi həll olunmayınca Türkiyə-Ermənistan münasibətləri düzəlməyəcək: `Türkiyə Dağlıq Qarabağ məsələsinə özünün problemi kimi yanaşır`.

AzVision.az


Teqlər:  





Xəbər lenti