Rusiya Ermənistanda qırıcıları havaya qaldırdı

Rusiya Ermənistanda qırıcıları havaya qaldırdı
  16 Yanvar 2016    Oxunub:3178
Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı Erebuni aviasiya bazasında gənc pilotların “MiQ-29” qırıcılarında uçuş təlimi başlayıb.
AzVision.az xəbər verir ki, bu haqda Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, pilotlar ilk dəfə sərbəst şəkildə “MİQ-29” döyüş təyyarələrinin dördüncü nəslində dəniz səviyyəsindən 4-5 km yüksəklikdə uçuş tapşırıqlarını yerinə yetiriblər.

AzVision.az


Teqlər:





Xəbər lenti