Türkmənistanda maaşı qoyunlarla verdilər

Türkmənistanda maaşı qoyunlarla verdilər
  15 Yanvar 2016    Oxunub:4074
Türkmənistanda “Türkmən malları” dövlət birliyi fermerlərə maaş əvəzinə qoyun verir.
AzVision.az xəbər verir ki, bi barədə “Azadlıq radiosu”nun yerli xidməti məlumat yayıb.

Məlumata əsasə, müəssisə nağd pulun olmadığı üçün maaşı heyvanlarla ödəyir. Hesab “bir heyvan – 270 manat” sxemi üzrə aparılır.

“Bir qoyun 16-18 kiloqram edir. İşçilər maaşı qoyunlarla götürmək məcburiyyətindədirlər. Başqa nə edə bilərdilər ki?”, - Səlim adlı fermer jurnalistlərə bildirib.

Onun sözlərinə görə, nağd pul əldə etmək üçün sonradan heyvanları bazarda satırlar (bu zaman 10-20 manat itirirlər).

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti