`Heç kim inanmırdı, amma İlham Əliyevlə bunu etdik` - Saakaşvili

`Heç kim inanmırdı, amma İlham Əliyevlə bunu etdik` - Saakaşvili
  15 Yanvar 2016    Oxunub:2939
Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili Ukrayna – Gürcüstan - Azərbaycan – Qazaxıstan – Çin marşrutunu unikal adlandırıb.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Biz unikal əhəmiyyətə malik olan bu layihəni işə salırıq. Mən hələ 2014-cü ildə bunu Azərbaycan prezidenti İlham Əliyevlə, daha sonra Ukrayna prezidenti Pyotr Poroşenko ilə müzakirə etdim. Biz bu layihənin uğurlu olacağına inandıq. Heç kim inanmırdı, ancaq biz bu layihəyə inanərdıq”, - deyə Saakaşvili bildirib.

Qeyd edək ki, bu gün İliçeyvsk dəniz limanından Ukrayna – Gürcüstan - Azərbaycan – Qazaxıstan – Çin marşrutu üzrə ilk eksperimental reys işə salınıb. O, İpək Yolunun Rusiyadan yan keçəcək yeni istiqaməti olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti