Məşhur aktyor qonşusunu öldürdü

Məşhur aktyor qonşusunu öldürdü
  15 Yanvar 2016    Oxunub:3161
“Güclü reyncerlər, “ C.S.İ.: Mayami” və “Təcili yardım” seriallarında çəkilən amerikalı aktyor Rikardo Medine qətl törətməkdə ittiham olunur.
Bu barədə AzVision.az “Entertainment Weekly”-yə istinadən xəbər verir.

İstintaqın versiyasına görə, aktyor 31 yanvar 2015-ci il tarixində Los-Ancelesdə qonşusunu qılıncla vurub. Hadisəyə aktyorun sevgilisi ilə bağlı mübahisə səbəb olub.

Hadisədən dərhal sonra Rikardo özü polisə və təcili tibbi yardıma zəng edib. Lakin həkimlər həmin şəxsin həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, cinayət işi üzrə məhkəmə prosesi yanvarın 19-u başlayacaq. Aktyor 1 milyon dollar girov müqabilində azadlığa buraxıla bilər.

Aktyorun vəkili idda edir ki, Median qılıncdan özünümüdafiə məqsədilə istifadə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti