Ukrayna Krımı qaytarmaq üçün plan hazırlayır

Ukrayna Krımı qaytarmaq üçün plan hazırlayır
  15 Yanvar 2016    Oxunub:2674
Ukrayna “Cenevrə +” formatında Krımın qaytarılmasına dair beynəlxalq mexanizm hazırlamağı planlaşdırır.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko bildirib.

“Bu cür mexanizmin yaradılması üçün biz Avropa İttifaqındakı tərəfdaşlarımız , ABŞ və, ehtimal ki, Budapeşt memorandumunu imzalayan ölkələrin iştirak edəcəyi “Cenevrə +” formatını nəzərdən keçiririk”, deyə o bildirib.

Poroşenko, Krımın qaytarılmasının Ukrayna hökumətinin əsas prioritet vəzifələrindən biri olduğunu qeyd edib.


Teqlər:  





Xəbər lenti