Məşhur azərbaycanlı idmançı həbs edildi

Məşhur azərbaycanlı idmançı həbs edildi
  12 Dekabr 2015    Oxunub:4541
Məşhur azərbaycanlı samboçu, dünya çempionu Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.
S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.

Bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir.

İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti