Gəmidən 5 il əvvəl ölən işçilərin cəsədi tapılıb

Gəmidən 5 il əvvəl ölən işçilərin cəsədi tapılıb
  10 Dekabr 2015    Oxunub:2741
Türkiyəyə məxsus gəmidə 4 cəsəd tapılıb.
Cəsədlər Türkiyəyə məxsus dəmir daşıyan yük gəmisinin Çində yoxlanılması zamanı tapılıb və Hatayın İsgəndərun əyalətinə göndərilib. Cəsədlər 5 il bundan əvvələ aiddir.

Belə ki,3 il bundan əvvəl türk şirkəti tərəfindən satın alınan 30 min 85 qrostonluq "IDC Pearl" adlanan, 5 il boyunca ölkələrarası yük daşıyan gəmi Çinə texniki baxışdan keçirilmək üçün göndərilib. Baxış zamanı gəminin motor ambarından 4 çürümüş insan cəsədi aşkarlanıb.

Cəsədləri Çin höküməti qəbul etmədiyi üçün Cənubi Koreyadan dəmir yükləyən gəmi Türk hökumətinin tələbi ilə İsgəndərunda saxlanılaraq, araşdırmalara başlanılıb. Kimliyi məlum olmayan şəxslərin 5 il bundan qabaq öldüyü bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti