Zukerberq müsəlmanları dəstəklədi

Zukerberq müsəlmanları dəstəklədi
  10 Dekabr 2015    Oxunub:1874
“Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olan milyarder Donald Trampın bəyanatı fonunda müsəlmanlara öz dəstəyini ifadə edib.
AzVision.az xəbər verir ki, bu barədə o, öz rəsmi "Facebook" səhifəsində yazan Mark deyib ki, son zamanlar müsəlmanlara basqılar çox artıb və hansısa terrorçuya görə bir dinin davamçıları əziyyət çəkməməlidir:

“Valideynlərim bir yəhudi olaraq mənə öyrədiblər ki, biz istənilən birliyə qarşı hücumlara müqavimət göstərməliyik. Hətta bu gün hücum bizə qarşı yönəlməsə belə, zamanla azadlığa edilən hücum hamımıza ziyan vuracaq”.

Zukerberq deyib ki, “Facebook” un lideri olaraq bu məkanda müsəlmanları görməkdən məmnunluq duyur və hamının hüquqlarının qorunması üçün mübarizə aparacağına təminat verir:

“Nifrət ədəbsizliyə yol aça bilər, lakin nə qədər ki, insanlar bir-birində yaxşı şeylər görürlər, ən yaxşı dünyanı qurmaq üçün fürsət qalır. Biz gərək ümidlərimizi itirməyək”.


Teqlər:  





Xəbər lenti