`XX əsr olsaydı Türkiyə ilə müharibə başlayardı` - Medvedyev

`XX əsr olsaydı Türkiyə ilə müharibə başlayardı` - Medvedyev
  09 Dekabr 2015    Oxunub:2984
Rusiya baş naziri Dmitri Medvedyev bəyan edib ki, Türkiyə rəhbərliyinin hərəkətləri hərbi əməliyyatların başlanması üçün potensial səbəbdir.
AzVision.az xəbər verir ki, bu barədə Medvedyev jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, əgər XX əsrdə bu baş versə idi, onda ölkələr arasında müharibə başlayardı.

Medvedyev Rusiya rəhbərliyinin hərbi əməliyyatlara başlamaq niyyətində olmadığını bildirib: “Lakin rəhbərlik Türkiyəyə öz mövqeyinin qətiliyini göstərmək niyyətindədir”.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə noyabrın 24-ü Türkiyənin Suriya ilə sərhədindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb. Pilotlar katapulta etsələr də, onlardan biri ölüb. Digər pilotlar isə xüsusi təyinatlıların keçirdiyi 12 saatlıq əməliyyat nəticəsində xilas edilib.

Qeyd edək ki, Rusiya baş naziri Dmitriy Medvedyev canlı efirdə ilin yekunlarını dəyərləndirib və rusiyalı jurnalistlərin suallarını cavablandırıb.

“Rossiya 1”, “Rossiya 24”, “Vesti.ru” saytı, həmçinin “Mayak” və “Vesti FM” radiostansiyaları Medvedyevin çıxışını canlı yayımlayıb..
Rusiya baş nazirinə sualları Rusiyanın tanınmış jurnalistləri - Sergey Brilev, İradə Zeynalova, Kiril Pozdnyakov, Mixail Fişman, Yelizaveta Osetinskaya verirlər.

Xatırladaq ki, həmyerlimiz İradə Zeynalova bazar günləri Rusiyanın birinci kanalında "Vremya" proqramını aparır. İradə Zeynalova 1997-ci ildən televiziya sahəsində çalışır. O, 2003-cü ildən Birinci kanalda işləyir və 2006-cı ildə burada mükafatlandırılıb. İradə Zeynalova 2007-ci ildən London bürosu üzrə müxbir olub. 2011-ci ildən isə kanalın Yaxın Şərq bürosuna rəhbərlik edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti