Putin nazirə ad günündə nə bağışladı?
“Görüşümüzü xoş bir hadisə ilə başlamaq istəyirəm - bu gün Vitaliy Leontyeviç Mutkonun ad günüdür, onu bu münasibətlə təbrik edirəm, - RF prezidenti deyib. - Vitaliy Leontyeviç təkcə futbol yox, ümumiyyətlə bizim idmanı beynəlxalq aləmdə təmsil edir. Bu səbədən ona ingilis dilini öyrənmək üçün kitab hədiyyə edirəm, və bu dili öyrənməkdə uğurlar arzulayıram”, - Putin deyib.
Bundan sonra Rusiya prezidenti Mutkoya hədiyyəni verib.
Qeyd edək ki, Vitaliy Mutkonun 57 yaşı tamam olub. İdman nazirinin ingilis dilində söylədiyi bir neçə cümlə onu dünyaca məşhur edib. (oxu.az)