Latviyadan Azərbaycana qarşı təxribat - FOTOFAKT

Latviyadan Azərbaycana qarşı təxribat - FOTOFAKT
  08 Dekabr 2015    Oxunub:6063
Latviyanın coğrafiya dərsliyində Qarabağ həm Azərbaycan, həm də qondarma “DQR” bayrağı altında təqdim edilib.

AzVision.az karabakh-wp.com saytına istinadən xəbər verir ki, ermənilərin yaydığı bir şəkildə Latviyanın orta məktəb coğrafiya dərsliyi kitabında “Qondarma Dağlıq Qarabağ Respublikası” müstəqil dövlət kimi qeyd olunub və onunla bağlı ətraflı şəkildə məlumat verilib.

Belə ki, şəkil 2013-cü ildə Latviyada orta məktəb şagirdlərinin istifadəsinə verilən coğrafiya kitabında yer alıb.

Daha maraqlı olan isə odur ki, Dağlıq Qarabağ həm “Qondarma” bayraqla, həm də, yuxarıda kiçik şəkildə olan Azərbaycan bayrağı ilə təsvir edilib.

Hər iki halda Latviyanın bu hərəkəti Beynəlxalq hüquqi prinsiplərə ziddir və bu təxribat kimi qiymətləndirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti