Rusların 15 ilə hazırladıqları peyk göydə yandı

Rusların 15 ilə hazırladıqları peyk göydə yandı
  08 Dekabr 2015    Oxunub:4950
Rusiyanın “Kanopus-ST” peyki “Volqa” orbitə çıxarma aparatı ilə birgə orbitdən aşağı düşüb, onun qalıqları Atlantik okean üzərində atmosferin sıx qatlarında yanıb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS” Rusiya Hava-Kosmik Qüvvələrindən olan yüksək rütbəli mənbəyə istinadən xəbər verir.

“Bu gün səhər saatlarında kosmik aparat “Volqa” orbitə çıxarma bloku ilə birgə Atlantik okeanın cənub hissəsində atmosferə daxil olub. Aparatın qalıqları Atlantik okean üzərində atmosferin sıx qatlarında tamamilə yanıb.

“Kanopus-ST” peyki təxminən 15 il ərzində hazırlanıb. Qurğunun hazırlanmasına 2000-ci illərin əvvəlindən başlanılıb, son dörd ildə isə onun uçuşa hazırlanması və son tamamlanması işləri görülüb. Peyk okeanda kəşfiyyat işlərinin aparılması üçün nəzərdə tutulmuşdu. Belə ki, peykin köməkliyi sualtı qayıqların aşkarlanması nəzərdə tutulurdu.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti