Sarkisyan bundan sonra baş nazir olacaq

Sarkisyan bundan sonra baş nazir olacaq
  08 Dekabr 2015    Oxunub:2563
Konstitutsiya islahatları üzrə referendumdan bir gün əvvəl Ermənistanın hakim Respublika partiyasının lideri Serj Sarkisyan ətrafında olan etibarlı şəxslərlə müzakirələr zamanı gələcəklə bağlı planlarını açıqlayıb.
AzVision.az “Johovurd”-a istinadən xəbər verir ki, Sarkisyan prezidentlik müddəti bitdikdən sonra baş nazir postunu tutmaq niyyətindədir.

“Daha əvvəl isə Sarkisyan konstitutsiya referendumundan sonra 2017-ci ildə keçiriləcək parlament seçkilərinə aktiv şəkildə hazırlaşmalarının vacibliyini bəyan etmişdi. Ölkə prezidenti vurğulayıb ki, Respublika partiyası yeni parlamentdə mütləq çoxluğa nail olmalıdır. 9 aprel 2018-ci ildə onun səlahiyyətləri bitdikdən sonra hazırlanan plana əsasən Sarkisyan siyasətdən getdiyini elan edəcək.

Mənbələrimizin bildirdiyinə görə, bu zaman respublikaçılar Sarkisyanın aktiv siyasəti tərk etməməsi və baş nazir postunu tutması üçün “ümumxalq yalvarışı”ı prosesini işə salacaq.

Məlumatda qeyd olunur ki, öz planını təqdim edən Sarkisyan parlamentin spikeri postunu kimin tutacağını açıqlamayıb”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti