Duma Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı

Duma Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırdı
  08 Dekabr 2015    Oxunub:1915
Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırıb.
AzVision.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bu barədə açıqlamasında Duma sədrinin müavini, "Ədalətli Rusiya" ("Spravedlivaya Rossiya") Partiyasının sədri Nikolay Leviçev bildirib.

Leviçev vurğulayıb ki, Rusiya və Türkiyə deputatları arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib: "Çünki Türkiyə parlamenti hakimiyyətin orqanıdır. Ancaq "Ədalətli Rusiya" partiyası ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar hələ də qalmaqdadır. Türkiyəli deputatlar türk xalqının nümayəndələridir. Türk xalqı isə bizim düşmənimiz deyil. Prezident Vladimir Putin Federal Şuraya müraciətində demişdi ki, biz onları rəsmi Ankaraya bərabər tutmuruq".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti