İranda donuz qripindən 33 nəfər ölüb
İranın rəsmi xəbər agentliyi İRİNA-nın verdiyi məlumata görə, İranın səhiyyə nazirinin müavini Əli Əkbər Səyyari qrip səbəbiylə 28 nəfərin Kirman, 5 nəfərin isə Sistan-Bəluçistan əyalətində dünyasını dəyişdiyini bildirib.
Ölənlərdən 4 nəfərin hamilə olduğunu qeyd edən Səyyari qrip növünün H1N1(donuz qripi) olaraq qeydə alındığını deyib.
O, Tehran, Kirmanşah, Şərq və Qərbi Azərbaycan əyalətlərində də eyni xəstəliyə tutulanların olduğunu söyləyib.
Səhiyyə Nazirliyi yaxın günlərdə virusun ölkədə daha da yayılacağını deyib.
Gültəkin Ələsgər