İngiltərəni su basdı - VİDEO
Karlaylda da su səviyyəsinin rekord həddə çatacağı gözlənilir.
Hazırda İngiltərə və Şotlandiya arasında qatarların hərəkəti dayandırılıb, bir çox yollar bağlanıb.
Ətraf Mühit Agentliyi bildirir ki, 200-ə qədər ev daşqın altında qalıb, xilasetmə işlərinə hərbi heyət cəlb edilib.
Hazırda yağış İngiltərənin cənub-şərqinə doğru irəliləyir. Şimal-qərbi İngiltərədə də yağışlar gözlənilir.
BBC bildirir ki, təxliyə olunmuş insanlara bu axşamadək evlərinə qayıtmamaq tapşırılıb.
Teqlər: