`Sarkisyan dövlətə xəyanət edib` - Ovannisyan

`Sarkisyan dövlətə xəyanət edib` - Ovannisyan
  07 Dekabr 2015    Oxunub:2353
Ermənistanda ötən gün baş verənlər dövlət xəyanətidir. Bu xəyanətlərin başında Serj Sarkisyan durur
AzVision.az “News”am-a istinadən xəbər verir ki, bu barədə müxalif “İrs” partiyasının lideri Raffi Ovannisyan ölkədə keçirilən referendumun nəticələrinə etiraz olaraq bildirib.

Onun sözlərinə görə, baş verənlərdən sonra Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Ovik Abramyan istefa verməli və bu gün minlərlə ermənini cinayət ortağı edən bütün kənd ağsaqqalları, merlər, qubernatorlar, komissiya sədrləri ilə birgə məsuliyyətə cəlb olunmalıdırlar.

Daha əvvəl Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan bildirib ki, ilkin nəticələrə görə, seçicilərin 50,51%-i, yəni 1 milyon 296 min nəfər referendumda iştirak edib.

Referendumdan sonra İrəvanın mərkəzi `Azadlıq` meydanında müxalifətin mitinqi başlayıb. Mitinqin təşkilatçıları növbədənkənar prezident və palament seçkilərinin keçirilməsini tələb edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti