`Çavuşoğlu ilə görüş maraqsız keçdi` - Lavrov (Yenilənib)

`Çavuşoğlu ilə görüş maraqsız keçdi` - Lavrov (Yenilənib)
  04 Dekabr 2015    Oxunub:3528
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Belqradda keçirilən görüşün detalları barədə məlumat verilmir.

Qeyd edək ki, Türkiyə hərbi-hava qüvvələrinin noyabrın 24-də Rusiyanın SU-24 təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib.

***

`Noyabrın 24-də Türkiyənin hava məkanının pozulması nəticəsində baş vermiş insident İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirilməməlidir`

Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşündən sonra bildirib.

M. Çavuşoğlunun sözlərinə görə, Türkiyənin hava məkanını pozmuş “Su-24” təyyarəsi ilə bağlı insidenti İŞİD-ə qarşı ümumi mübarizəmiz ilə əlaqələndirmək lazım deyil.

Lavros isə Türkiyə XİN rəhbəri ilə görüşdən Rusiyanın heç nə qazanmadığını, görüşün mənasız keçdiyini bildirib: “Mövlud Çavuoğludan yeni, təzə heç nə eşitmədik. O, yalnız prezidenti Ərdoğanın dediklərini təkrar etdi”.

AzVision.az


Teqlər:  





Xəbər lenti