Prezident baş naziri tənqid etdi
M.Zeman vurğulayıb ki, bu yaxınlarda Parisdə terror hücumları həmin faktı təsdiq edir. Çexiya Prezidenti bu məsələyə dair mövqeyinə noyabrın 25-də “Mlada fronta Dnes” qəzetinə müsahibəsində bir daha aydınlıq gətirib. Prezident bir gün əvvəl Çexiya Respublikası Ordusunun rəhbərliyinin ümumi yığıncağında bildirib ki, təhlükə ölkənin sərhədlərinə yaxınlaşıb. Miqrasiya dalğası ilə terrorizm arasında əlaqəni görməmək sadəlövhlükdür.
Prezidentin sözlərinə münasibətini bildirən Baş nazir Boquslav Sobotka vurğulayıb ki, təhlükəni qaçqınlar deyil, terrorçular yaradır. Əksinə, qaçqınlara kömək etmək lazımdır.
Teqlər: