ABŞ Suriyaya qoşun göndərdi – Vəziyyət dəyişir
xəbər verir ki, bu barədə “Əl-mayadin” telekanalı xəbər yayıb.
“Kürdləri İŞİD-lə mübarizədə dəstəkləmək üçün Əyn-əl-Ərəb şəhərinə 50 yaxın ABŞ əsgər və zabiti gəlib”, - deyə telekanal bildirib.
Məlumata əsasən ABŞ hərbçiləri Türkiyə ilə sərhəddə “baynar” sərhəd-keçid məntəqəsindən Suriyaya daxil olublar. Onların bir hissəsi artıq Suriyanın Qamışlı şəhərindədir.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Barak Obama kürdlərin İŞİD-ə qarşı mübarizəsini dəstəkləmək məqsədilə Suriyaya ABŞ əsgərlərinin göndərilməsinə razılıq vermişdi.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: