Xilas edilən rus pilot: `Bizə xəbərdarlıq edilməyib`
“Əslində heç bir xəbərdarlıq olmayıb. Nə vizual, nə də radioələqə ilə. Bu səbəbdən biz döyüş kursuna ştat rejimində daxil olurduq. Başa düşmək lazımdır ki, bombardmançı və F16 qırıcısı hansı sürətə malikdir. Əgər onlar bizə xəbərdarlıq etmək istəyirdilərsə, bizimlə yanaşı paralel uça bilərdilər. Amma belə bir şey olmayıb. Raket ilə vurulmağımız da qəfil oldu”.