Moskvada Türkiyə səfirliyi daş-qalaq edildi - VİDEO
“Səfirlik ərazisində xeyli daş, şüşə qırıntılar var. Binanın pəncərələri sındırılıb, hər yerdə boya izləri var”, - deyə hadisə yerində olan jurnalist bildirib.
Hazırda səfirliyin binasının qarşısında bir neçə polis dəstəsi keşik çəkir. Onlar səfirliyə gedən yolları bağlamağa çalışırlar.
Məlumatda qeyd olunur ki, səfirliyin yaxınlığında qara papaq və gödəkçə geyinən bir qrup gənc dayanıb.
Eldar Tanrıverdiyev
AzVision.az