İrəvanda xüsusi əməliyyat - Şəhərə hərbi texnika yeridildi
Bu barədə AzVision.az “Novosti-Armeniya”ya istinadən xəbər verir.
Məlumata əsasən, İrəvanın Nork-Maraş rayonunda yerləşən evlərdən birində Ermənistan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları bir qrup silahlı şəxsi neytrallaşdırıb.
Silahlı şəxslərin olduğu evdə xüsusi təyinatlara aid uniforma aşkarlanıb.
Saytın məlumatına görə, hüquq-mühafizə orqanları əməkdaşları hərbi texnikanın köməkliyi ilə divarı dağıdaraq evə daxil olublar.
Eldar Tanrıverdiyev
AzVision.az