Xüsusi təyinatlılar rus pilotu xilas etdi

Xüsusi təyinatlılar rus pilotu xilas etdi
  25 Noyabr 2015    Oxunub:6770
Suriya hərbçiləri ötən gün Türkiyə tərəfindən vurulan “Su-24” tipli təyyarənin sağ qalan pilotunu xilas edib.
AzVision.az xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı xəbər yayıb.

Telekanalın məlumatına görə, 6 saatlıq axtarışdan sonra pilotla əlaqə yaratmaq mümkün olub. Suriya xüsusi təyinatlıları iki saat ərzində pilotu düşmənlərin olduğu ərazidən çıxara biliblər. Hazırda pilotun Rusiyanın Xmeymim bazasında olduğu bildirilir.

Məlumat rəsmi olaraq hələlik təsdiqlənməyib.

Xatırladaq ki, Rusiyaya məxsus qırıcı təyyarə ötən gün Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti