İran `Vaşinqton Post`un jurnalistini həbs edə bilər

İran `Vaşinqton Post`un  jurnalistini həbs edə bilər
  24 Noyabr 2015    Oxunub:1290
ABŞ-ın “Vaşinqton Post” qəzetinin İran üzrə müxbiri Ceyson Rezaiana həbs cəzası verilə bilər.

AzVision.az `İrna`-ya istinadla bildirir ki, İranın Ədliyyə nazirliyi dövlətə zidd fəaliyyət və casusluqda ittiham olunan 39 yaşlı Ceyson Rezaianla bağlı məhkəmə sənədlərini hələ də mediaya açıqlamayıb.

2014-cü ilin oktyabr ayından bəri müvəqqəti həbs olunan və may ayında qapalı məhkməsi baş tutan Rezaianla əlaqədar həbs cəzasının veriləcəyi gözlənilir.

Amerika və İran vətəndaşlığını daşıyan juranlistin azadlığa buraxılmasını ABŞ da ciddi şəkildə tələb edir. İttiham olunan jurnalistin vəkili Leyla Ahsan bildirib ki, İran məhkəməsi onun işilə bağlı heç bir ciddi sübuta, fakta sahib deyil.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti