Rusiyaya daha bir zərbə, helikopter vuruldu

Rusiyaya daha bir zərbə, helikopter vuruldu
  24 Noyabr 2015    Oxunub:6019
Suriyanın müxalifət nümayəndələri Rusiyaya məxsus helikopteri vurduqlarını bəyan edib.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

Onların sözlərinə görə, helikopter tank əleyhinə raketlə vurulub.

Xatırladaq ki, bu gün Suriya sərhədində Türkiyə tərəfindən Rusiyaya məxsus qırıcı təyyarə məhv edilib.

***
17:43

`Reuters` agentliyi xəbər verir ki, Suriya müxalifəti tərəfindən vurulan helikopter Latakiya vilayətində təcili eniş edib. Hadisəninin təfərruatları barədə məlumat verilmir.

İlkin məlumatlara görə helikopter `Su-24` təyyarəsinin pilotlarını axtarırmış.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti