Putindən Ərdoğana xəbərdarlıq – Ciddi fəsadları olacaq

Putindən Ərdoğana xəbərdarlıq – Ciddi fəsadları olacaq
  24 Noyabr 2015    Oxunub:28325
Rusiya prezidenti Vladimir Putin Suriyada “Su-24” tipli təyyarənin vurulması ilə bağlı Türkiyəyə sərt xəbərdarlıq edib.
Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir.

“Biz olanları analiz edəcəyik və bu faciənin Rusiya-Türkiyə münasibətləri də daxil olmaqla, ciddi fəsadları olacaq. Bilmirəm bu gün baş verənlər kimə lazım idi, lakin bizə yox. Və dərhal bizimlə əlaqə saxlamaq əvəzinə, Türkiyə tərəfi bu insidenti müzakirə etmək məqsədilə NATO üzrə tərəfdaşlarına müraciət etdi. Sanki biz türklərin təyyarəsini vurmuşuq, onlar bizim yox. Onlar NATO-nun İŞİD-ə xidmət etməsini istəyirlər?”, - deyə Putin bildirib.

Xatırladaq ki, Türkiyə bu gün Suriya sərhədində hava məkanını pozduğuna görə Rusiyaya məxsus qırıcı təyyarəni vurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti