Ərdoğanın yeni nazirləri - Siyahı

Ərdoğanın yeni nazirləri - Siyahı
  24 Noyabr 2015    Oxunub:2767
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökumətin tərkibini təsdiq edib.

AzVision.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının sədri Əhməd Davudoğlunun baş nazir olduğu 64-cü hökuməti aşağıdakı kimidir:

Xarici işlər naziri - Mövlud Çavuşoğlu,
Daxili işlər naziri – Əfqan Ala
İqtisadiyyat naziri – Mustafa Elitaş
Ədliyyə naziri – Bəkir Bozdağ
Maliyyə naziri – Naci Ağbal
İnkişaf naziri – Cövdət Yılmaz
Əmək və sosial müdafiə naziri – Süleyman Soylu
Milli təhsil naziri – Nabi Avcı
Kommunikasiya, dənizçilik və rabitə naziri – Binali Yıldırım
Ailə və sosial siyasət naziri - Səma Ramazanoğlu
Avropa Birliyi naziri – Volkan Bozkır
Elm, sənaye və texnologiya naziri – Fikri İşıq
Ekologiya, şəhərsalma naziri – Fatma Güldəmir Sarı
Enerji və təbii ehtiyatlar naziri – Berat Albayrak
Qida və heyvandarlıq naziri – Faruk Çelik
Gənclər və idman naziri – Akif Çağatay Kılıç
Gömrük naziri – Bülənt Tüfəkçi
Mədəniyyət və turizm naziri – Mahir Ünal

Hər kəs iqtisadiyyat nazirinin Əli Babacanın olacağını iddia etsə də o, yeni hökümətdə təmsil olunmayıb. Əhməd Davudoğlu eyni zamanda özünə beş köməkçi təyin edib. Onların içində MHP-də ayrılan və müvəqqəti hökümətdə təmsil olunan Tuğrul Türkeşində adı var. Digərləri Numan Kurtulmuş, Mehmet Şimşek, Yalçın Akdoğan və Lütfi Elvandır.

AzVision.az


Teqlər:  





Xəbər lenti