Türkiyə Rusiya təyyarəsini vurdu - VİDEO (YENİLƏNİB)

Türkiyə Rusiya təyyarəsini vurdu -  VİDEO (YENİLƏNİB)
  24 Noyabr 2015    Oxunub:10249
Türkiyə-Suriya sərhədində vurulan qırıcı təyyarənin Rusiyaya məxsus olduğu məlum olub.

Faktı Rusiya Müdafiə Nazirliyi təsdiqləyib. Nazirlik bildirib ki, təyyarə 6 min metr hündürlükdə olub və yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Uçuş zamanı təyyarə Suriya hava məkanında olub. Bu, nəzarət vasitələri tərəfindən qeydə alınıb

***

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən açıqlamada isə bildirilir ki, Rusiya təyyarəsinə edilən xəbərdarlıqlara baxmayaraq, sərhəddi pozmaqda davam edib: “Sərhəddi pozan təyyarəyə 5 dəqiqə ərzində 10 dəfə xəbərdarlıq edilib. Xəbərdarlığa məhəl qoyulmadığından iki F-16 qırıcı təyyarəmiz sərhəddin pozulmasına müdaxilə edib”.

***

Türkiyənin hava məkanını pozan hərbi təyyarə vurulub.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, qırıcı təyyarə Türkiyənin Suriya ilə sərhəddindəki Hatay vilayətində vurulub. Hərbi təyyarə Türkmən dağı ərazisindəki Qızıldağ istiqamətində yerə düşüb.

Həmin ərazidə türkmənlər yaşayır. Şahidlər bildiriblər ki, qəzaya uğrayan təyyarə Yamadi kəndində suriyalı qaçqınların yaşadığı çadır düşərgəsinə düşüb. Təyyarə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcıları tərəfindən vurularaq yerə salınıb. Pilotlar katapult edərək təyyarədən çıxa biliblər.

Hələlik hərbi təyyarənin hansı ölkəyə məxsus olduğu bəlli deyil.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti