Təbii fəlakət qurbanları - 20 ildə 600 mindən çox ölü

Təbii fəlakət qurbanları - 20 ildə 600 mindən çox ölü
  23 Noyabr 2015    Oxunub:8095
BMT-nin fəlakətlər riskinin azaldılması üzrə bürosunun məruzəsində 1995-ci ildən bəri müxtəlif təbii fəlakətlər nəticəsində 606 min insanın həlak olduğu qeyd olunur.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, məruzədə həmçinin son 20 ildə təbii fəlakətlərin sayının artdığı da vurğulanır. BMT ekspertlərinin məlumatına əsasən, təbii fəlakətlər ümumilikdə 4,1 milyard insana təsir edib. Onların arasında yaralanan, evini itirən və ya təcili köməyə ehtiyacı olan insanlar yer alır.

BMT-nin Fəlakətlərin Azaldılması üzrə Beynəlxalq Strategiyasının (UNISDR) başçısı Marqareta Valstrem məruzənin Parisdə keçiriləcək COP21 konfransında iqlim dəyişikliyi üzrə yeni sazişin hazırlanması məsələsinin nə qədər vacib olduğunu bir daha nümayiş etdirdiyini bildirib.

Xatırladaq ki, COP21 iqlim konfransı 2015-ci il noyabrın 30-dan dekabrın 11-ə qədər Parisdə keçiriləcək. Konfransa onlarla ölkə başçısının gələcəyi gözlənilir.


Teqlər:





Xəbər lenti