Putindən Azərbaycanla bağlı önəmli sərəncam

Putindən Azərbaycanla bağlı önəmli sərəncam
  04 Noyabr 2015    Oxunub:10953
Rusiya prezidenti Vladimir Putin Rusiya və Azərbaycan arasında qarşılıqlı investisiyaların təşviqi və qorunması haqqında sazişin ratifikasiyası ilə bağlı federal qanun imzalayıb.
AzVision.az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.

“Saziş Rusiya Federasiya və Azərbaycan Respublikası arasında qarşılıqlı sərfəli ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığın inkişafı üçün əlverişli şəraitin yaradılmasına yönəldilmişdir”, - deyə sənəddə bildirilir.

Qeyd edək ki, federal qanun Rusiya Dövlət Duması tərəfindən 23 oktyabr 2015-ci il tərəfindən qəbul olunub, 28 oktyabr 2015-ci ildən isə Federasiya Şurası tərəfindən təsdiqlənib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti